10:21 16-09-2020
news_image
111
FUTBOL

Allini ver, Beyli al – “Real”dan təklif

“Tottenhem”in yarımmüdafiəçisi Dele Alli karyerasını İspaniyada davam etdirə bilər.

Apasport.az saytının məlumatına görə, 24 yaşlı futbolçunun “Real”a keçmək variantı yaranıb.

“Kral klubu” hücumçusu Qaret Beyli London klubuna təklif edib. Madrid təmsilçisi Beylin icarə əsasında “Tottenhem”də, Allinin isə eyni şərtlərlə “Real”da oynamasını istəyir. Bunun üçün ispanlar hətta uelslinin maaşının yarısını ödəməyə də hazırdır. “Mançester Yunayted” də Beyllə maraqlanır, lakin paytaxt təmsilçisi bu mübarizədə favorit sayılır.

Qeyd edək ki, Beylin “Real”la müqavilə müddəti 2022-ci ilin yayına qədərdir.