10:38 16-09-2020
news_image
131
FUTBOL

“Qarabağ”la oyunda favoritdir – “Molde”

Çempionlar Liqasının III təsnifat mərhələsi çərçivəsində keçiriləcək “Qarabağ” (Azərbaycan) - “Molde” (Norveç) oyununun əmsalları açıqlanıb. 

Apasport.az saytının məlumatına görə, bukmeker kontorları Skandinaviya klubunu matçın favoriti sayırlar. 

Bu gün Kiprdəki “AEK Arena”da baş tutacaq matçda “Qarabağ”ın qələbəsi 2,77, məğlubiyyəti 2,53 əmsaldır. Qarşılaşmada heç-heçəyə 3,44 əmsal verilib.
 
Qeyd edək ki, qarşılaşma saat 21:00-da başlayacaq.