10:55 16-09-2020
news_image
142
FUTBOL

“Qalatasaray” Bakıya 20 futbolçu gətirir - SİYAHI

“Qalatasaray”ın Bakıya gətirəcəyi futbolçuların adları açıqlanıb

Avropa Liqasının II təsnifat mərhələsində “Neftçi” ilə qarşılaşacaq Türkiyənin “Qalatasaray” klubunun Bakıya gələcək heyəti açıqlanıb.

Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, İstanbul təmsilçisinin heyətində 20 futbolçu yer alıb. Baş məşqçi Fatih Terim “23-lük”dən yarımmüdafiəçi Oqenekaro Etebo, həmçinin hücumçular Yunus Akgün və Ali Yavuz Kolu çıxarıb. Komanda bu gün Bakı vaxtı ilə saat 12:00-da yola düşəcək.

Qapıçılar: 34. Okan Kocuk, 99. Fatih Öztürk
Müdafiəçilər: 2. Şener Özbayraklı, 3. Omar Elabdellaui, 14. Martin Linnes, 15. Rayan Donk, 19. Ömər Bayram, 27. Kristian Luyindama, 36. Marselo Sarakki, 45. Markao Teyşeyra
Yarımmüdafiəçilər: 4. Taylan Antalyalı, 10. Yunes Belhanda, 21. Cimmi Durmaz, 54. Əmrə Kılınç, 89. Sofian Fequli
Hücumçular: 8. Rayan Babel, 9. Radamel Falkao, 66. Arda Turan, 77. Jesse Sekidika, 90. Mbaye Dian.

Qeyd edək ki, sabah Bakı Olimpiya Stadionunda keçiriləcək “Neftçi” – “Qalatasaray” oyunu saat 20:00-da başlayacaq.