12:31 16-09-2020
news_image
216
FUTBOL

Kiprdə tarixi qol – 80, yoxsa 100?

Çempionlar Liqasının III təsnifat mərhələsinin “Qarabağ” – “Molde” oyunu yubileylə əlamətdar ola bilər.

Apasport.az saytının məlumatına görə, Kiprdəki matça meydan sahibi kimi çıxacaq Azərbaycan çempionu rəqib qapısına yol tapsa, bu, təmsilçilərimizin qitənin ən nüfuzlu klub turnirində 80-ci qolu olacaq.

İndiyədək Çempionlar Liqasında 80 oyun keçirən Azərbaycan klubları 79 qola sevinib. Komandalarımızın buraxdığı topların sayı isə 99-a bərabərdir. Bu isə o deməkdir ki, “Molde” qol vursa, bu rəqəm 100-ə çatacaq.

Qeyd edək ki, bu gün keçiriləcək “Qarabağ” – “Molde” görüşü Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.