13:18 16-09-2020
news_image
1233
FUTBOL

“Qəbələ”dən ayrıldı, Türkiyə klubuna keçir – fransalı futbolçu

Yay fasiləsində “Qəbələ” ilə yollarını ayıran Abdelrafik Jerar özünə yeni komanda tapmağa yaxındır.

Apasport.az saytının Belçika mətbuatına istinadən məlumatına görə, hazırda azad agent statusu daşıyan 27 yaşlı orta sahə oyunçusu karyerasını Türkiyədə davam etdirməyə hazırlaşır.

“Qəbələ”yə keçməzdən əvvəl Belçikada “Union” klubunda oynamış fransalı yarımmüdafiəçi bir neçə Türkiyə klubu ilə danışıq aparır ki, onlardan biri də Super Liqa təmsilçisi “Kasımpaşa”dır.

Maraqlıdır ki, Abdelrafik Jerar bu ilin yanvarında “Qəbələ” ilə il yarımlıq müqavilə bağlamışdı. Əlcəzair əsilli oyunçunun “qırmızı-qaralar”la sözləşməsi davam etsə də, o, komandaya qayıtmayıb.