15:02 16-09-2020
news_image
51
FUTBOL

Mövsümün ən yaxşısı seçildi - Levandovski

“Bavariya”da 2019-20 mövsümünün ən yaxşı futbolçusu müəyyənləşib.

Apasport.az saytının məlumatına görə, hücumçu Robert Levandovski bu ada layiq görülüb.

Polşalı forvard sərgilədiyi oyuna görə, komanda yoldaşlarını qabaqlayıb və ən yaxşı adına yiyələnib. O, ötən mövsüm ümumilikdə 47 oyunda 55 qol vurub, 10 məhsuldar ötürmə verib.

Qeyd edək ki, Robert Levandovski 2014-cü ildən “Bavariya”nın formasını geyinir.