16:54 16-09-2020
news_image
65
FUTBOL

Koronavirusun vurduğu zərbə - 14 milyard dollar

Koronavirus pandemiyasının dünya futboluna vuracağı zərərin ümumi məbləği bəlli olub.

Apasport.az saytının məlumatına görə, bunu FİFA-nın koronavirusun nəticələri ilə mübarizə komitəsinin rəhbəri Olli Ren açıqlayıb.

O bildirib ki, klub futbolu 2020-ci ildə ümumilikdə 14 milyard dollar itirəcək. Qurumun qənaətinə əsasən klub futbolunun ümumi dəyəri 40-45 milyard dollardır. Koronavirusun vurduğu zərər bu məbləğin təxminən 1/3-ni təşkil edir.

Ən böyük zərbə Cənubi Amerika futboluna dəyəcək. FİFA Afrika və Asiyadakı duruma görə də çox narahatdır. 

Qeyd edək ki, bir müddət öncə FİFA üzvü olan assosiasiyalara yardım məqsədilə 1,5 milyard dollar ayırıb.