18:22 16-09-2020
news_image
183
FUTBOL

"Qalatasaray" yoxlama görüşləri üçün Azərbaycana gələcək – Fatih Terim söz verdi

“Qalatasaray” Azərbaycanda bir başqa cür sevilir. Burada anormal maraq görürəm”.

Apasport.az saytının məlumatına görə, bunu “Qalatasaray”ın baş məşqçisi Fatih Terim Avropa Liqasının II təsnifat mərhələsində “Neftçi” ilə keçiriləcək oyunöncəsi mətbuat konfransında deyib.

Təcrübəli mütəxəssis yaxın müddətdə ölkəmizə yenidən qayıdacaqlarının sözünü verib: “Azərbaycanda yoxlama görüşü keçirmək sözünü verə bilərəm. Yetər ki, pandemiya bitsin. Bir deyil, bir neçə oyun üçün və ya təlim-məşq toplanışı üçün gələ bilərik. Söz vermiş olum. İnşallah, burada birlikdə bir neçə gözəl gün keçirərik. Sosial məsafəni də isti məsafəyə çevirərik. Bunu bir kənara yazdıq”.

Qeyd edək ki, sabah Bakı Olimpiya Stadionunda keçiriləcək "Neftçi" - "Qalatasaray" oyunu saat 20:00-da başlayacaq.