18:42 16-09-2020
news_image
170
FUTBOL

“Neftçi”nin 4 futbolçusunu fərqləndirdi – “Qalatasaray”ın baş məşqçisi

"Neftçi" yaxşı komandadır, iki oyununu izlədim. "Şkupi" və "Sumqayıt"la görüşlərinə baxmışam”.

Apasport.az saytının məlumatına görə, bunu “Qalatasaray”ın baş məşqçisi Fatih Terim Avropa Liqasının II təsnifat mərhələsi çərçivəsində “Neftçi” ilə keçiriləcək oyunu dəyərləndirərkən deyib.

İstanbul nəhənginin çalışdırıcısı “ağ-qaralar”ın 4 oyunçusunu fərqləndirib. Onlardan kapitan Emin Mahmudovun adını xüsusi çəkib: “Neftçi" "Qarabağ"la birlikdə Azərbaycanın ən önəmli iki komandasından biridir. Son matçda 0:2 hesabı ilə məğlub oldular. Qəribədir ki, bu mövsüm hələ səfərdə oynamayıblar. Önəmli futbolçuları var. Emin Mahmudov, Yusuf Laval, Stiven Jozef Monroz və Talisson Diazın adını çəkə bilərəm. Olduqca keyfiyyətli futbolçulardır”.

Qeyd edək ki, “Neftçi” – “Qalatasaray” oyunu sabah Bakı Olimpiya Stadionunda keçiriləcək.