21:25 16-09-2020
news_image
175
FUTBOL

Azərbaycan çempionu üçün yeni format – UEFA-dan

Koronavirus pandemiyası futbol turnirləri ilə bağlı növbəti təxirəsalmalara səbəb olub.

Apasport.az saytının məlumatına görə, UEFA İcraiyyə Komitəsi 4 turnirlə bağlı analoji qərar verməli olub.

U-19-lar arasında Avropa çempionatının 2019/20 mövsümünün oktyabra təxirə salınan elit-raundu noyabra keçirilib. “Səkkizlər finalı” isə 2021-ci ilin martına planlaşdırılır.

Qadınlar arasında Çempionlar Liqasının 2020/21 mövsümünün ilkin qrup mərhələsi ləğv edilib. Buradakı dörd komandalı mini-turnirləri bir oyundan ibarət iki təsnifat mərhələsi əvəz edəcək. Bu mərhələlər 3-4 və 18-19 noyabra təyin edilib.

Futzal üzrə Çempionlar Liqasının 2020/21 mövsümünün ilkin, əsas və elit-raund mərhələlərinin mini turnirləri ləğv edilib. Bu raundları bir oyundan ibarət mərhələlər əvəz edəcək. İlkin mərhələ noyabrda, 1/16 final 2021-ci ilin yanvarında, 1/8 final fevralda baş tutacaq. Bu turnirdə çıxış edən Azərbaycan çempionu “Araz” da yeni formatda oynayacaq. “Dördlər finalı”nı əvəzləyəcək “səkkizlər finalı” apreldə baş tutacaq.