22:52 16-09-2020
news_image
64
FUTBOL

“Qarabağ”ın mümkün rəqibi müəyyənləşdi – “Ferensvaroş”

Azərbaycan çempionu “Qarabağ”ın avrokuboklarakı növbəti mümkün rəqibi müəyyənləşib.

Apasport.az saytının məlumatına görə, Ağdam klubu Norveç “Molde”si ilə davam edən oyunda qalib gəlsə, Çempionlar Liqasının pley-offunda Macarıstanın “Ferensvaroş” klubu ilə qarşılaşacaq.

Bu, III təsnifat mərhələsinin “Ferensvaroş” (Macarıstan) - “Dinamo” (Xorvatiya) oyununda bəlli olub. Meydan sahibləri 2:1 hesabı ilə qalib gələrək pley-offa yüksəlib.

İki görüşdən ibarət olacaq bu mərhələnin ilk oyunu sentyabrın 22-də və ya 23-də “Qarabağ” – “Molde” matçının qalibinin meydanında baş tutacaq. Cavab matçı ayın 29-da ya da 30-da keçiriləcək.

Çempionlar Liqası
III təsnifat mərhələsi
16 sentyabr
21:00. “Ferensvaroş” (Macarıstan) – “Dinamo” (Xorvatiya) – 2:1

Lovrençiç, 2, Uzuni, 65 – Uzuni, 23 (avtoqol)