23:36 16-09-2020
news_image
179
FUTBOL

Azərbaycan irəlilədi – UEFA reytinqində

Çempionlar Liqasının III təsnifat mərhələsində Norveç “Molde”si ilə qarşılaşan “Qarabağ” Azərbaycanın UEFA reytinqinə 0,250 xal qazandırıb.

Apasport.az saytının məlumatına görə, 120 dəqiqəsi qolsuz bitən görüşün taleyi penaltilər seriyasında həll olunacağından hər iki komanda ölkəsinə xal qazandırmağı bacarıb.

Bununla da Azərbaycanın cari mövsümdəki qazancı 1,750-yə çatıb. Ölkəmiz son 5 mövsümün nəticələrinə əsasən 16,125 xal toplayıb.

Kiprdəki matça qədər reytinqdə 26-cı olan ölkəmiz bununla da Rumıniyanı keçib. Bu ölkənin aktivində 15,950 xal var. “Molde”nin uduzmaması Norveçin 24-cü pillədə qalması ilə nəticələnib – 16,250. Əks halda isə Azərbaycan şimallıları da keçə bilərdi.