23:51 16-09-2020
news_image
454
FUTBOL

“Qarabağ” püşkü gözləyir - Avropa Liqasında

Çempionlar Liqasının III təsnifat mərhələsində Norveç “Molde”sinə uduzan Azərbaycan təmsilçisi “Qarabağ” Avropa Liqasına yuvarlanıb.

Apasport.az saytının məlumatına görə, Qurban Qurbanovun yetirmələri Avropanın ikinci dərəcəli klub turnirinin pley-offunda mübarizə aparacaq.

Bu mərhələnin püşkatması sentyabrın 18-də gerçəkləşəcək. İsveçrənin Nyon şəhərindəki tədbir Bakı vaxtı ilə 16:00-da başlayacaq.

Pley-offda 16 komanda mübarizə aparacaq. Bunlardan 5-i Çempionlar Liqasının III təsnifat mərhələsində uduzanlar, 9-u Avropa Liqasının Çempionlar yolunun III təsnifat mərhələsində qalib gələnlərdir. Çempionlar Liqasının II təsnifat mərhələsində uduzan “Tirana” (Albaniya) və “Lüdoqorets” (Bolqarıstan) pley-offa birbaşa yüksəlib.

Qeyd edək ki, bir matçdan ibarət pley-offun oyunları oktyabrın 1-də keçiriləcək.