12:01 17-09-2020
news_image
264
FUTBOL

Yığmamız irəlilədi – FİFA reytinqində

Milli komandaların FİFA reytinqi açıqlanıb.

Apasport.az saytının məlumatına görə, hesabat dövründə baş tutan oyunlar cədvəldə müəyyən dəyişikliklərə səbəb olub.

Millətlər Liqasında keçirdiyi iki matç Azərbaycan milli komandasına da təsir edib. Evdə Lüksemburqa 1:2 hesabı ilə uduzan, səfərdə Kiprə 1:0 hesabı ilə qalib gələn Canni de Byazini yetirmələri 1179 xalla dünyanın 112-ci komandasıdır.

Bu mövqeni Nigerlə bölüşən yığmamız ötən reytinqlə müqayisədə aktivini 2 xal artıraraq 2 pillə irəliləyib. 

Qeyd edək ki, siyahının 1-ci pilləsində 1773 xala malik Belçika qərarlaşıb.