11:31 17-09-2020
news_image
119
FUTBOL

“Dadaşov əsl bitiricidir” – Rüfətin baş məşqçisi

“Rüfət çox faydalı futbolçudur. O, meydanda nə vaxt nə edəcəyini yaxşı bilir”.

Apasport.az saytının məlumatına görə, bunu ABŞ-ın “Finiks Rizinq” klubunun baş məşqçisi Rik Şantz Azərbaycan millisinin hücumçusu Rüfət Dadaşovun ABŞ Milli Futbol Liqasının (USL) XII turunda "Las-Veqas Layts" önündəki performansını dəyərləndirərkən deyib.

Çalışdırıcı komandasının 5:1 hesabı ilə qalib gəldiyi matçda 2 qol, 1 assistlə üçüncü dəfə həftənin rəmzi komandasına düşən 29 yaşlı forvarddan razılıq bildirib: “Çoxları görməzlikdən gəlsə də, Rüfətin ən çox xoşuma gələn xüsusiyyəti daim hərəkətdə olması və müdafiə xəttin gərginlikdə saxlamasıdır. Dadaşov qapıçılar üçün təzyiqdir, hücum zamanı cinah oyunçularımızın boş zona tapmasına şərait yaradır. Son dərəcə ağıllıdır və əsl bitiricidir. Onun komandamızda olması sevindirici haldır. Rüfət bu təriflərə layiqdir”.

Qeyd edək ki, bu mövsüm aktivinə 10 qol yazdıran Rüfət Dadaşov bombardirdən cəmi 1 top geri qalır. Onun komandası növbəti matçını sentyabrın 20-də “San Dieqo Loyal”a qarşı keçirəcək.