12:18 17-09-2020
news_image
78
FUTBOL

Yeni sponsorla ilk oyun – “Neftçi”yə qarşı

Avropa Liqasının II təsnifat mərhələsində “Neftçi” ilə qarşılaşacaq “Qalatasaray” oyunöncəsi yeni sponsorunu açıqlayıb.

Apasport.az saytının məlumatına görə, Türkiyə klubu Türk Hava Yolları (THY) ilə müqavilə imzalayıb.

Tərəflər arasındakı razılığa əsasən, “cim-bom” 2020/21 mövsümündə avrokubok matçlarına üzərində THY-nin loqosu olan formada çıxacaq. “Sarı-qırmızılılar” yeni forma sponsoru ilə ilk görüşünü bu gün “Neftçi”yə qarşı keçirəcək.

Qeyd edək ki, Bakı Olimpiya Stadionunda baş tutacaq “Neftçi” – “Qalatasaray” qarşılaşması saat 20:00-da start götürəcək.