13:27 17-09-2020
news_image
118
FUTBOL

“Qalatasaray”dan ayrıla bilər – “Neftçi” ilə oyundan sonra

Avropa Liqasının II təsnifat mərhələsində bu gün “Neftçi” ilə Bakıda üz-üzə gələcək “Qalatasaray” matçdan sonra müdafiəçisi Markao ilə yollarını ayıra bilər.

Apasport.az saytının məlumatına görə, buna səbəb mərkəz müdafiəçisinin “Roma”nın maraq dairəsində olmasıdır.

İtaliya klubu braziliyalı üçün 12 milyon avro təklif etsə də, tərəflər ortaq məxrəcə gəlməyib. Çünki İstanbul nəhəngi 24 yaşlı futbolçu müqabilində 16 milyon avro tələb edib. Hazırda klublar arasında danışıqlar davam edir. “Roma” məbləğdə artıma razılıq versə, “cim-bom” Türkiyəyə qayıtdıqdan sonra bu keçid reallaşa bilər.

Qeyd edək ki, Markao Teyşeyra ötən ildən “Qalatasaray”da çıxış edir.