13:48 17-09-2020
news_image
111
FUTBOL

“Bavariya”nın tələbi ilə razılaşdı - “Liverpul”

İngiltərənin “Liverpul” klubu Almaniya çempionu “Bavariya”nın futbolçusu Tyaqo Alkantaranı transfer etməyə çox yaxındır.

Apasport.az saytının məlumatına görə, klub rəhbərləri arasında aparılan danışıqlar müsbət yekunlaşıb.

Bundesliqa təmsilçisinin 30 milyon avroluq təzminat tələbini ödəməyə razılıq verən “qırmızılar” yaxın günlərdə bu transferi rəsmiləşdirəcək. İspaniyanın “Barselona” klubunun yetirməsi özü də “Liverpul”a keçmək üçün “Bavariya” ilə yeni müqavilə imzalamaqdan imtina edib.

Qeyd edək ki, Tyaqo Alkantaranın münhenlilərlə sözləşməsi 2021-ci ilin yayına qədərdir.