15:52 17-09-2020
news_image
99
FUTBOL

Martdan tez qayıtmayacaq – PSJ-nin müdafiəçisi

PSJ Fransa Liqa1-nin I turundan “Mets”lə təxirə salınan oyununda ağır itki ilə üzləşib.

Apasport.az saytının məlumatına görə, müdafiəçi Xuan Bernat ciddi zədə alıb.

63-cü dəqiqədə meydana daxil olan cinah oyunçusu 85-ci dəqiqədə rəqiblə toqquşaraq sıradan çıxıb. Dərhal paltardəyişmə otağına aparılan Bernatın ön çarpaz bağlarının qopduğu müəyyənləşib. Cərrahiyyə əməliyyatı keçirəcək futbolçu 6 aydan tez yaşıl meydanlara dönə bilməyəcək. Bu isə o deməkdir ki, Bernat gələn ilin martından tez kollektivə qoşulmayacaq.

Qeyd edək ki, qarşılaşmanı 9 nəfərlə bitirən PSJ son dəqiqələrdə vurduğu yeganə qolla qələbə qazanıb.