16:19 17-09-2020
news_image
136
FUTBOL

27 aydan sonra... - millimiz

Azərbaycan millisi FİFA reytinqindəki durğunluğuna son qoyub.

Apasport.az saytının məlumatına görə, 2019-cu ilin noyabrında 114-cü sıraya sahib çıxan yığmamız 10 aydan sonra mövqeyini dəyişib.

Canni de Byazinin baş məşqçisi olduğu komanda 2 pillə irəliləməklə 112-ci sıraya qalxıb.

Millimiz sonuncu dəfə 11 ay öncə - 2019-cu ilin oktyabrında daha yüksək pillədə qərarlaşıb. Onda komandamız 111-ci idi.

Ölkəmizin əsas yığmasının son irəliləyişi isə 2019-cu ilin iyulunda qeydə alınıb. 14 ay öncə millimiz 110-cu yerdən 109-cu pilləyə doğru 1 addım irəliləyib. Ən azı 2 pilləlik irəliləyiş isə 27 aydan sonra yaşanıb. 2018-ci ilin iyununda 21 pilləlik sıçrayış edən millimiz sonrakı dövrdə heç 2 addımı birdən ata bilmirdi.