17:27 17-09-2020
news_image
234
FUTBOL

Reklam qadağası – erotik oyuncaq üçün

Niderlandın “Emmen” klubu reklam qadağası ilə üzləşib.

Apasport.az saytının məlumatına görə, Niderland Kral Futbol İttifaqı (KNVB) klubun “EasyToys” seks oyuncaqlarını reklam etməsinə qarşı çıxıb.

“Emmen” böyüklər üçün erotik oyuncaqlar istehsal edən şirkətlə bağladığı müqaviləyə əsasən mövsümdə 500 min avro qazanmalı idi. “EasyToys”un loqosu komandanın formasında titul sponsoru kimi həkk olunması nəzərdə tutulmuşdu.

Lakin KNVB əsasnamədə yer alan ictimai, mənəvi və hüquqi məsələləri əsas gətirərək buna icazə verməyib.

Qeyd edək ki, “Emmen” 2018/19 mövsümündən Niderland çempionatının yüksək liqasında oynayır.