17:55 17-09-2020
news_image
129
FUTBOL

25-ci heç-heçə - Azərbaycan klublarından

“Qarabağ”ın Norveçin “Molde” klubu ilə oyunu yubileylə əlamətdar olub.

Apasport.az saytının məlumatına görə, Kiprdə keçirilən və 0:0 hesabı ilə başa çatan matç Azərbaycan klublarının Çempionlar Liqasında 25-ci heç-heçəsi olub.

Bunadək təmsilçilərimiz 80 qarşılaşmada 24 dəfə bərabərliyə imza atmışdı. 81-ci oyunda 25-ci sülhə barışan klublarımızın hesabında 26 qələbə və 30 məğlubiyyət də var.

Qeyd edək ki, qolsuz bitən matçın penaltilər seriyasında norveçlilər 6:5 hesablı qələbə qazanıb.