19:11 17-09-2020
news_image
169
FUTBOL

Mövsümün ən yaxşısı adına namizədləri açıqladı - UEFA

Çempionlar Liqasının 2019/20 mövsümünün ən yaxşıları olmağa namizədlər açıqlanıb.

Apasport.az saytının məlumatına görə, UEFA hər ampluada üç futbolçunu fərqləndirib.

Ən yaxşıların adı oktyabrın 1-də keçiriləcək 2020/21 mövsümünün qrup mərhələsinin püşkatması zamanı açıqlanacaq.

Qapıçılar: Keylor Navas (PSJ), Manuel Noyer (Bavariya), Yan Oblak (Atletiko);
Müdafiəçilər: David Alaba (Bavariya), Alfonso Deyvis (Bavariya), Coşua Kimmix (Bavariya);
Yarımmüdafiəçilər: Kevin De Breyne (Mançester Siti), Tomas Müller (Bavariya), Tyaqo Alkantara (Bavariya);
Hücumçular: Robert Lewandovski (Bavariya), Kilian Mbappe (PSJ), Neymar (PSJ).