19:25 17-09-2020
news_image
206
FUTBOL

“Hayduk” Bakıya gələcək – “Neftçi” “Qalatasaray”ı keçsə

“Neftçi”nin Avropa Liqasında III təsnifat mərhələsindəki mümkün rəqibi müəyyənləşib.

Apasport.az saytının məlumatına görə, az sonra II təsnifat mərhələsinin Türkiyə “Qalatasaray”la oyununa çıxacaq Azərbaycanın ən titullu klubu turu adlasa, Xorvatiya “Hayduk”u ilə görüşəcək.

Bu, Split təmsilçisinin “Renova” ilə səfərdə keçirdiyi matçda dəqiqləşib. Matçın taleyini bir qol həll edib. Erkən qol “Hayduk”u növbəti mərhələyə daşıyıb.

Sentyabrın 17-də baş tutacaq matçda “Neftçi” – “Qalatasaray” cütünün qalibi meydan sahibi olacaq.

Avropa Liqası
II təsnifat mərhələsi
17 sentyabr
17:30. “Renova” (Şimali Makedoniya) – “Hayduk” (Xorvatiya) – 0:1
Çaktaş, 4