21:36 17-09-2020
news_image
224
FUTBOL

"Neftçi”dən 75-ci qol - avrokuboklarda

Bakının “Neftçi” klubu avrokuboklarda 75-ci qolunu vurub.

Apasport.az saytının məlumatına görə, yubiley qoluna Mamadu Mbodj imza atıb.

O, Avropa Liqasının II təsnifat mərhələsinin “Qalatasaray”la görüşündə fərqlənib. Bu, tarixində 66-cı avrokubok görüşünə çıxan “Neftçi”nin 75-ci qolu olub.

Mbodj həm də Türkiyə klublarının qapısına qol vuran ilk təmsilçimiz olub. İndiyədək Azərbaycan komandaları qonşu ölkə təmsilçilərinə quru hesabla uduzurdu. “Turan” “Fənərbaxça”, “Kəpəz” “Antalyaspor”la duellərdə 7 cavabsız qol buraxıb. Hər iki dueldə oyunların birində 0:5, digərində 0:2 hesabı qeydə alınıb.

Qeyd edək ki, hazırda davam edən “Neftçi” – “Qalatasaray” oyununda hesab 1:3-dür.