00:00 18-09-2020
news_image
175
FUTBOL

Yenə 4 qol – ənənə pozulmadı

Azərbaycan və Türkiyənin ən titullu klublarının duellərindəki ənənə Avropa Liqasının II təsnifat mərhələsində də davam edib.

Apasport.az saytının məlumatına görə, bunadək keçirilən iki yoxlama oyununda olduğu kimi yenə görüşdə 4 qol vurulub.

Lakin əvvəlki görüşlərdən fərqli bu dəfə “Qalatasaray” ilk qələbəsini qazanıb – 3:1. 1960-cı ildə Bakıda keçirilən yoxlama oyununda eyni hesabla uduzan istanbullular ümumi balansda tarazlığı bərpa dib.

“Neftçi” və “Qalatasaray”ın heç-heçə bitən matçında da 4 qol vurulub. 30 ildən bir qarşılaşan komandalar 1990-cı ildə İstanbuldakı yoxlama oyununda hərəyə 2 dəfə fərqlənib.