09:51 18-09-2020
news_image
159
FUTBOL

“Özümü çox yaxşı hiss edirəm” – millimizin futbolçusu

“Məşqçinin bizdən istədiyini nikbinliklə işləyirik. Yeni komandayıq, bu mövsüm iddialılar sırasında yer almaq istəyirik”.

Apasport.az saytının məlumatına görə, bunu Azərbaycan millisinin futbolçusu Eddi İsrafilov İspaniya mətbuatına açıqlamasında deyib.

Formasını geyindiyi “Albasete” La Liqa2-yə böyükhesablı məğlubiyyətlə (“Espanyol” – 0:3) məğlubiyyətlə başlasa da, yarımmüdafiəçi ümidini itirmir. 28 yaşlı orta sahə oyunçusu eyni zamanda öz durumundan da bəhs edib: “Pandemiya dönəmindən sonra toparlanmaq çətindir. Ancaq istədiyimiz formanı yığmaq üçün əlimizdən gələni edirik. Şəxsən mən özümü çox yaxşı hiss edirəm. Mövsüm hələ yeni başlayıb, yavaş-yavaş daha yaxşı oynayacağam”.

Qeyd edək ki, “Albasete” II turda sentyabrın 20-də “Ponferradina”nı qəbul edəcək.