11:18 18-09-2020
news_image
135
FUTBOL

Ən məhsuldar heç-heçə - avrokuboklar tarixində

Avropa Liqasının II təsnifat mərhələsində keçirilən “Topola” – “Styaua” görüşü tarixə düşüb.

Apasport.az saytının məlumatına görə, Serbiyada keçirilən qarşılaşmada 12 qol vurulsa da, qalibin müəyyənləşməsi üçün penaltilər seriyasına ehtiyac yaranıb.

120 dəqiqəsi 6:6 hesabı ilə bitən görüş avrokuboklar tarixinin ən məhsuldar heç-heçəsidir. Bunadək rəqiblərin nəinki hərəyə 6, hətta 5 top vurmasına da təsadüf olunmayıb.

Qeyd edək ki, penaltilər seriyasında “Styaua” qalib gəlib.