11:36 18-09-2020
news_image
169
FUTBOL

Avrokubokda ən biabırçı məğlubiyyətlər – biri “Neftçi”yə qarşı

Moskva “Dinamo”sunun Avropa Liqasının II təsnifat mərhələsində Tbilisi “Lokomotiv”inə məğlubiyyəti Rusiya klublarının avrokuboklardakı biabırçı nəticələrini gündəmə gətirib.

Apasport.az saytının məlumatına görə, həmkarlarımız komandalarının indiyə qədər sürpriz yenilgilərini sıralayıb.

7 matçın yer aldığı siyahıda Tula “Arsenal”ının Azərbaycan təmsilçisi “Neftçi”yə məğlubiyyəti də var. 2019/20 mövsümündəki duellə bağlı belə yazılıb: “Latın Amerikasından olan legionerlərlə güclənən “Neftçi” “Arsenal”ı hər iki matçda üstələdi. “Neftçi” o qədər hazırlıqlı və ağıllı komanda kimi görünürdü ki, istər-istəməz sual meydana çıxdı: UEFA birləşmiş liqalara icazə versəydi, Rusiya Premyer Liqası təkcə Belarusla deyil, həm də Azərbaycan klubları ilə əməkdaşlıq etməli idi?”

Qeyd edək ki, Avropa Liqasının II təsnifat mərhələsi çərçivəsində “Neftçi” “Arsenal”ı 3:0 və 1:0 hesablı qələbələrlə mübarizədən kənarlaşdırmışdı.