11:40 18-09-2020
news_image
136
FUTBOL

“O, bizim dəyərlimizdir” - Hafiz Məmmədov Arda Turanla görüşdü

Vaxtilə fəaliyyət göstərmiş “Bakı” klubunun prezidenti, tanınmış iş adamı Hafiz Məmmədov “Qalatasaray”ın heyətində Avropa Liqasının II təsnifat mərhələsində “Neftçi” ilə oyun üçün Bakıya gələn Arda Turanla görüşüb.

Apasport.az saytının məlumatına görə, görüş “Qalatasaray”ın paytaxtımızda olduğu müddətdə məskunlaşdığı Alov qüllələri - “Hotel Fairmont Baku”da baş tutub.

Təxminən yarım saat davam edən söhbət zamanı Hafiz Məmmədov və Arda Turan ötən günlərini xatırlayıb, keçmiş xatirələri bölüşüb. Görüşdən sonra türkiyəli futbolçu Məmmədovu illərdir tanıdığını deyib: “O, bizim dəyərlimizdir. “Bakı” ilə “Atletiko” arasındakı əməkdaşlıq zamanı dostluğumuz yarandı. Hafiz başqandan hər zaman xüsusi qayğı, diqqət görmüşəm. Bilirəm ki, Hafiz Məmmədov təkcə Azərbaycan futbolu üçün deyil, ölkə adına böyük işlər görüb. Elə təkcə “Land fire of Azerbaijan” brendini xatırlamaq kifayətdir. Onu görmək mənim üçün çox xoş oldu. Deyiləndə ki, Hafiz bəy otelə gəlib, çox sevindim. Son illər Bakıya gələ bilməsəm də, daim həm Hafiz bəylə, həm övladları ilə telefon vasitəsilə əlaqə saxlayırıq”.

Qeyd edək ki, Ardanın daha əvvəl çıxış etdiyi “Atletiko” ilə “Bakı” arasında əməkdaşlıq mövcud olub. “Land of fire Azerbaijan” forması ilə meydana çıxan “Atletiko”nun futbolçusu kimi yarımmüdafiəçi bu əməkdaşlıq çərçivəsində bir neçə dəfə ölkəmizdə olub.