12:25 18-09-2020
news_image
164
FUTBOL

Təxirə salınan oyun keçirildi – “Seltik”in rəqibi bilindi

UEFA Avropa Liqasında II təsnifat mərhələsinə yekun vurulub.

Apasport.az saytının məlumatına görə, “Riqa” ilə “Tre Fiori” arasında dünən yarımçıq dayandırılan görüş bu gün davam etdirilib.

Latviyanın paytaxtı Riqada baş tutan matçda meydan sahibləri 1:0 hesablı qələbə qazanıb. Bununla Latviya təmsilçisi III təsnifat mərhələsində “Seltik”ə (Şotlandiya) rəqib olub. Həmin görüş sentyabrın 24-də Riqada keçiriləcək.

Qeyd edək ki, “Riqa” - “Tre Fiori” matçı dünən hesab 0:0 olarkən birinci hissənin gedişində arenanın işıqlandırma sistemində problem yarandığı üçün dayandırılmışdı.

Avropa Liqası
II təsnifat mərhələsi
18 sentyabr
“Riqa” (Latviya) - “Tre Fiori” (San-Marino) – 1:0

Pedrinyo, 57