13:29 18-09-2020
news_image
75
FUTBOL

İlin ən yaxşısı seçildi – “Mançester Yunayted”də

İngiltərənin “Mançester Yunayted” klubunda ilin ən yaxşı futbolçusu müəyyənləşib.

Apasport.az saytının məlumatına görə, portuqaliyalı yarımmüdafiəçi Bruno Fernandeş bu ada layiq görülüb.

Azarkeşlər arasında aparılan sorğunun nəticəsində 35,5 faiz səs toplayan Fernandeş komanda yoldaşlarını qabaqlayıb. Onu 34 faiz səslə hücumçu Antoni Marsyal izləyib. İlk “üçlüy”ü digər ön xətt oyunçusu Markus Reşford qapayıb (10,4 faiz).

Qeyd edək ki, Bruno Fernandeş “Mançester Yunayted”ə bu ilin yanvarında Portuqaliyanın “Sportinq” klubundan 55 milyon avro qarşılığında keçib.