15:00 18-09-2020
news_image
239
FUTBOL

Suraxanıda derbi, Zirədə iddialılar - Premyer Liqada

Sabah Azərbaycan Premyer Liqasında III tura start veriləcək.

Apasport.az saytının məlumatına görə, mövsümdə ilk dəfə turun oyunları iki günü əhatə edəcək.

Əvvəlki turlarda matçlar üç gün ərzində oynanılırdısa, bu dəfə hər gün iki qarşılaşma baş tutacaq. Sabah hər iki matç paytaxtdan kənarda keçiriləcək.

Tura Qəbələdə start veriləcək. Şəhərin eyniadlı komandası “Keşlə”ni sınağa çəkəcək. Qələbəsi olmayan Elmar Baxşıyevin yetirmələri qol buraxmadan irəliləyən rəqibi büdrətməyə çalışacaq.

“Sumqayıt” isə öz meydanında “Səbail”lə görüşəcək. Ciddi problemlərlə üzləşən autsayder ilk xal üçün mübarizə aparacaq. Ötən tur “Neftçi”ni yenən Ayxan Abbasovun yetirmələri liderlərə yaxınlaşmaq üçün itkisiz keçməlidir.

Ertəsi gün hər iki matç Bakıda baş tutacaq. Turnir cədvəlinin ilk yarısında qərarlaşan “Zirə” və “Sabah” növbəti qələbə üçün döyüşəcək.

Suraxanıda təşkil olunacaq turun mərkəzi qarşılaşmasında “Qarabağ” “Neftçi”ni qəbul edəcək. Azərbaycan derbisinin iştirakçıları 80-ci dəfə çempionatda üz-üzə gələcək. Bu hər iki klubun yarışda 800-cü oyunu olacaq. Premyer Liqanın lideri “Qarabağ” uğursuzluqları sıralayan “Neftçi” ilə görüşə favorit kimi çıxacaq. Avrokuboklarla vidalaşan bakılılar ardıcıl iki məğlubiyyətdən sonra qalib gəlməyə borcludur.

Azərbaycan Premyer Liqası
III tur
19 sentyabr (şənbə)
17:00. “Qəbələ” – “Keşlə”

Qəbələ şəhər stadionu
19:15. “Sumqayıt” – “Səbail”
“Kapital Bank Arena” 

20 sentyabr (bazar)
18:00. “Zirə” – “Sabah”

Zirə İdman Kompleksinin stadionu 
20:15. “Qarabağ” – “Neftçi”
“Azersun Arena”

1

Qarabağ

2

1

1

0

2-0

4

2

Zirə

2

1

1

0

3-2

4

3

Keşlə

2

1

1

0

1-0

4

4

Sabah

2

1

0

1

3-2

3

5

Sumqayıt

2

1

0

1

2-1

3

6

Neftçi

2

1

0

1

2-3

3

7

Qəbələ

2

0

1

1

1-4

1

8

Səbail

2

0

0

2

2-4

0

Bombardirlər: Namiq Ələsgərov ("Neftçi"), Mahir Emreli ("Qarabağ"), Əli Qurbani ("Sumqayıt") - 2 qol