15:33 18-09-2020
news_image
256
FUTBOL

"Başakşəhər"in futbolçusunu icarəyə götürdü - "Neftçi"

Müqaviləylə Türkiyənin "Başakşəhər" klubuna məxsus olan Azərbaycanın U-21 yığmasının futbolçusu Mərt Çelik cari mövsümü ölkəmizdə keçirəcək.

Apasport.az saytı xəbər verir ki, 20 yaşlı mərkəz müdafiəçisi "Neftçi"nin şərəfini qoruyacaq.

Bu gün tərəflər icarə müqaviləsinin bağlanması barədə razılığa gəliblər. Gənc futbolçu 1 il "ağ-qaralar"ın heyətində oynayacaq.

Qeyd edək ki, Çelik Sumqayıtda baş tutan və qonaqların 2:1 hesablı qələbəsi ilə başa çatan Azərbaycan - Fransa rəsmi matçında yığmamızın heyətində inamlı oyun nümayiş etdirib. (sport24.az)