16:57 18-09-2020
news_image
176
FUTBOL

Hücumçu transferi - "Səbail"dən

"Səbail" daha bir futbolçunu heyətinə cəlb edib.

Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, hücumçu Amil Yunanov karyerasını Bakı klubunda davam etdirəcək.

Ötən mövsümün sonunda "Sumqayıt"dan ayrılan forvard yeni komandası ilə mövsümün sonuna kimi müqavilə imzalayıb.

Qeyd edək ki, "Səbail" buna qədər Məqsəd İsayev, Elgün Nəbiyev, Florian Kadriu, Ruslan Hacıyev, Əfran İsmayılov, Nikolas Hagen, Arsen Ağcabəyov və Kamran Ağayevlə anlaşıb.