17:25 18-09-2020
news_image
159
FUTBOL

Yeni komandasına keçidi rəsmiləşdi - Qonsalo İquainin

İtaliyanın “Yuventus” klubu futbolçusu Qonsalo İquainlə yollarını ayırıb.

Apasport.az saytının məlumatına görə, argentinalı hücumçunun yeni komandası da artıq müəyyənləşib.

33 yaşlı forvard karyerasını ABŞ-da davam etdirəcək. O, MLS klubu “İnter Mayami” ilə müqavilə imzalayıb. Əfsanəvi ingiltərəli futbolçu Devid Bekhemin rəhbərlik etdiyi “İnter Mayami” rəsmi saytı vasitəsilə transferi bəyan edib.

Qeyd edək ki, Qonsalo İquain “Yuventus”a 2016-cı ildə “Napoli”dən keçib.