01:01 19-09-2020
news_image
123
FUTBOL

“Mançester Yunayted” Telleslə anlaşdı – klubu ilə danışıqlara davam

İngiltərənin “Mançester Yunayted” klubu Aleks Tellesi heyətinə qatacaq.

Apasport.az saytının məlumatına görə, Premyer Liqa təmsilçisi Portuqaliyanın “Porto” klubunda çıxış edən sol cinah müdafiəçisi ilə anlaşıb.

İki klub arasında da razılıq əldə olunsa, 27 yaşlı braziliyalı futbolçu ilə 5 illik müqavilə imzalanacaq. Portuqaliyalıların Aleks üçün 20-30 milyon avro tələb etdiyi bildirilir.

Qeyd edək ki, 2016-cı ildən “Porto”da oynayan futbolçu Fransa PSJ-sinin də maraq dairəsindədir.