01:34 19-09-2020
news_image
259
FUTBOL

“Mançester Siti”də yeni müqavilə - 2025-ci ilədək

İngiltərənin “Mançester Siti” klubu futbolçusu Tommi Doyl ilə yeni müqavilə imzalayıb.

Apasport.az saytının məlumatına görə, 19 yaşlı yarımmüdafiəçi 2025-ci ilin yayına qədər “şəhərlilər”in şərəfini qoruyacaq.

Doyl Mançester təmsilçisinin öz yetirməsidir. O, əsas komandada 2019-cu ilin oktyabrında debüt edib.