01:55 19-09-2020
news_image
123
FUTBOL

“Liverpul” Jotanı alır – 35 milyona

İngiltərənin “Liverpul” klubu heyətinə daha bir futbolçu qatmağa yaxındır.

Apasport.az saytının məlumatına görə, “mersisaydlılar” Dioqo Jotanın transferini yaxın günlərdə rəsmiləşdirəcək.

O, hazırda “Vulverhempton” klubuna məxssudur. Yarımmüdafiəçinin keçidi 35 milyon funt-sterlinqə başa gələcək.

Qeyd edək ki, “Liverpul” bu gün “Bavariya”dan Tyaqo Alkantaranı da heyətinə qatıb.