11:12 19-09-2020
news_image
95
FUTBOL

“Milan” yarımmüdafiəçi alır – “Fulhem”dən

İtaliyanın “Milan” klubu heyətini yeni yarımmüdafiəçi ilə gücləndirəcək.

Apasport.az saytının məlumatına görə, A seriyası təmsilçisi Andre Zembonu almağa qərar verib.

İngiltərənin “Fulhem” klubunda çıxış edən yarımmüdafiəçi Milan təmsilçisinin hədəfinə La Liqadakı oyunu ilə düşüb. Ötən mövsüm “Vilyarreal”da icarədə olan Andre bütün turnirlərdə keçirdiyi 39 matçda 2 qol vurub.

Qeyd edək ki, İspaniya klubu oyunçu üçün 25 milyon avro ödəməyə hazır olsa da, transferi reallaşdıra bilməyib.