11:36 19-09-2020
news_image
98
FUTBOL

“Arsenal” qapıçı alır – cəmi 2 milyona

İngiltərənin “Arsenal” klubu yeni qapıçı transfer edir.

Apasport.az saytının məlumatına görə, İtaliyanın “Cenoa” klubunun qapıçısı Runar Runarsson London klubuna keçəcək.

25 yaşlı qolkiperin keçidi ilə bağlı iki klub arasında razılıq əldə olunub. London təmsilçisi Runar üçün 2 milyon funt sterlinq ödəyəcək.

O, “Aston Villa”ya keçən Emiliano Martinesi əvəzləməlidir. Bu gün Londona gələcəyi gözlənilən qolkiper tibbi müayinədən sonra müqaviləyə imza atacaq.