
00:59
“Mançester Siti”nin hücumçusu Serxio Aquero hələ bir müddət komandadan ayrı qalacaq.
Apasport.az xəbər verir ki, bunu Premyer Liqa klubunun baş məşqçisi Pep Qvardiola açıqlayıb.
O bildirib ki, argentinalı ulduz futbolçu hazırda bərpa dövrü keçir: “Zədənin ağır olduğunu bilirdik. Hazırda bərpa dönəmi keçirir. Aquero 1-2 aya meydanda görünə biləcək. Fiziki cəhətdən formaya düşməlidir”.
Qeyd edək ki, “Mançester Siti” Premyer Liqada yeni mövsümün ilk oyununu sentyabrın 21-də “Vulverhempton”a qarşı keçirəcək.