13:18 19-09-2020
news_image
123
FUTBOL

“Nyukasl”dan “Beşiktaş”a – azad agent kimi

İngiltərənin “Nyukasl” klubunun futbolçusu Deandre Yedlin karyerasını Türkiyədə davam etdirməyə yaxındır.

Apasport.az saytının məlumatına görə, Premyer Liqa təmsilçisi müdafiəçi ilə yollarını ayırmağa qərar verib.

Bu, 27 yaşlı amerikalının azad agent statusu almasına imkan verəcək. Futbolçunun transferində maraqlı olan “Beşiktaş” da Yedlini vəsait ödəmədən sıralarına qata biləcək.
 
Qeyd edək ki, ötən mövsüm “Nyukasl”da 20 oyun keçirən müdafiəçi 1 qol vurub.