13:40 19-09-2020
news_image
101
FUTBOL

Premyer Liqa klubuna keçir – Semedo

“Barselona”nın müdafiəçisi Nelson Semedo karyerasını İngiltərədə davam etdirəcək.

Apasport.az saytının məlumatına görə, bu iddia ilə ESPN çıxış edib.

Bildirilib ki, Portuqaliya millisinin üzvü tezliklə Premyer Liqa təmsilçisinə qoşulacaq. Həmin klubun adı açıqlanmasa da, tərəflər arasında ilkin razılığın əldə olunduğu vurğulanıb.

Qeyd edək ki, 26 yaşlı sağ cinah oyunçusu “Barselona”ya 2017-ci ildə 35 milyon avro müqabilində “Benfika”dan keçib.