14:24 19-09-2020
news_image
113
FUTBOL

Azərbaycan derbisinin hakimi açıqlandı – FİFA referisi

Azərbaycan Premyer Liqasında III turun son təyinatları açıqlanıb.

Apasport.az saytının məlumatına görə, sabah baş tutacaq iki oyunun hakimləri bəlli olub.

“Qarabağ”la “Neftçi” arasında Azərbaycan derbisi FİFA hakimi Əliyar Ağayevə həvalə edilib. “Zirə” və “Sabah”ın matçında isə İnqilab Məmmədov fit çalacaq.

Azərbaycan Premyer Liqası
III tur
20 sentyabr (bazar)
18:00. “Zirə” – “Sabah”

Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Nahid Əliyev, Nicat İsmayıllı
Hakim-inspektor: Feyzulla Feyzullayev
AFFA nümayəndəsi: Eldəniz Musayev
Zirə İdman Kompleksinin stadionu
 
20:15. “Qarabağ” – “Neftçi”
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Rauf Cabarov
Hakim-inspektor: Ömər Paşayev
AFFA nümayəndəsi: Ramiz Mustafayev
“Azersun Arena”