15:01 19-09-2020
news_image
137
FUTBOL

“Barselona”nın arzusunu gözündə qoydu – “Norviç”

İspaniyanın “Barselona” klubunun Maks Aaaronu transfer etmək arzusu reallaşmayıb.

Apasport.az saytının məlumatına görə, İngiltərənin “Norviç” klubu müdafiəçisini La Liqa klubuna buraxmaqdan imtina edib.

Kataloniya təmsilçisi 20 yaşlı futbolçu üçün bonuslardan əlavə 20 milyon funt-sterlinq ödəməyə hazır olsa da, istəyi baş tutmayıb. “Barselona”ya keçidi baş tutmayan müdafiəçi digər Avropa nəhənglərinin də maraq dairəsindədir.

Onlar arasında Almaniya “Bavariya”sı da var.