16:54 19-09-2020
news_image
131
FUTBOL

Komandası uduzdu, özü “fərqləndi” – millimizin üzvü

Azərbaycan millisinin futbolçusu Pavel Paşayevin formasını geyindiyi “Aleksandriya” Ukrayna Premyer Liqasında növbəti oyununu keçirib.

Apasport.az saytının məlumatına görə, adıçəkilən komanda III turda “Vorskla”nı qəbul edib.

Qonaqlar hər hissədə vurduqları bir qolla 2:0 hesablı qələbə qazanıblar. Start heyətində meydana daxil olan və görüşü əvəz edilmədən keçirən Paşayev 56-cı dəqiqədə sarı vərəqə almaqla “fərqlənib”.

Qeyd edək ki, iki oyun keçirən “Aleksandriya”nın aktivində 3 xal var.