
02:10
Almaniya Bundesliqa II-də 2020/21 mövsümünə start verilib.
Apasport.az saytının məlumatına görə, Azərbaycan millisinin futbolçusu Dmitri Nazarovun formasını geyindiyi “Aue” ilk oyununu səfərdə keçirib.
“Vurzburger”in qonağı olan komanda mövsümə böyükhesablı qələbə ilə başlayıb – 3:0. Start heyətində meydana daxil olan Nazarov 75-ci dəqiqədə, komandası 2:0 hesabı ilə öndə olarkən əvəzlənib.
“Aue” II tur çərçivəsində sentyabrın 25-də “Qreyter Fürt”ü qəbul edəcək.