
02:10
İtaliyanın “Cenoa” klubu heyətini icarəyə götürülən futbolçularla gücləndirməkdə davam edir.
Apasport.az saytının məlumatına görə, Genuya təmsilçisi daha iki oyunçunu heyətinə qatıb.
Bunlar İngiltərə “Çelsi”sinin müdafiəçisi Davide Zappakosta və İtaliya “Yuventus”unun yarımmüdafiəçisi Marko Pyatsadır. Hər iki futbolçunun icarə müddəti mövsümün sonuna qədər nəzərdə tutulub.
Qeyd edək ki, “Cenoa” bunadək daha 4 futbolçunu icarəyə götürüb.