22:07 20-09-2020
news_image
570
FUTBOL

“Qarabağ” derbidə uduzdu – “Neftçi”yə

Bu gün Azərbaycan Premyer Liqasında III tura yekun vurulub.

Apasport.az saytının məlumatına görə, turun ikinci oyun günündə iki matç baş tutub.

Zirədə eyniadlı komanda “Sabah”ı qəbul edib. Matçın taleyi ikinci hissədə həll olunub. İki cavabsız qol vuran Visente Qomesin yetirmələri ardıcıl ikinci qələbəsini qazanıb. “Zirə”nin baş məşqçisi Rəşad Sadıqov isə Premyer Liqada ilk məğlubiyyətlə üzləşib.

Turun mərkəzi oyunu Suraxanıda keçirilib. Azərbaycanın iki ən böyük klubu – “Qarabağ”la “Neftçi” çempionat çərçivəsində 80-ci dəfə üz-üzə gəlib. Ağdam təmsilçisi Ovusu Kvabenanın erkən qolu ilə hesabda önə çıxsa da, Vojislav Stankoviç elə ilk yarıda tarazlığı bərpa edib. İkinci hissədə qələbə qolunu da vuran bakılılar son çempionu məğlubiyyətə uğradıb.

Qeyd edək ki, turun ilk iki oyunu dünən keçirilib. “Qəbələ” – “Keşlə” matçında qolsuz bərabərlik qeydə alınıb, “Sumqayıt” öz meydanında “Səbail”i 2:1 hesabı ilə məğlub edib.
 

Azərbaycan Premyer Liqası
III tur
20 sentyabr (bazar)
18:00. “Zirə” – “Sabah” - 0:2
Qollar: 
Xulio Sezar Rodriges, 51, Kevin Kubemba, 90+2
Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Nahid Əliyev, Nicat İsmayıllı
Zirə İdman Kompleksinin stadionu
“Zirə”: 1. Mateus Albino, 91. Ruslan Qurbanov, 4. Elvin Camalov (k), 2. Sərtan Taşkın, 13. Şəhriyar Rəhimov, 9. Davit Volkov, 11. Klesio Bauk, 12. Lazar Corceviç, 44. Dmitrios Çantakias, 7. Tural Bayramlı, 21. Hacıağa Hacılı
Ehtiyat oyunçular: 22. Rəşad Əzizli, 62. Abdulla Seyidəhmədov, 8. İlkin Muradov, 14. Rəşad Eyubov, 5. Kərim Diniyev, 3. Ali Sisey, 17. Kayo Rangel, 20. Əli Şirinov, 77. Cəlal Hüseynov, 6. Ayxan Süleymanlı
Baş məşqçi: Rəşad Sadıqov
“Sabah”: 1. Saşa Stamenkoviç (k), 7. Coşqun Diniyev, 17. Məhəmməd Mirzəbəyov, 4. Bəhlul Mustafazadə, 90. Ramil Şeydayev, 30. Mario Marina, 10. Yevgeni Koçuk, 18. Xulio Sezar Rodriges, 5. Nikola Vuyadinoviç, 11. Ozan Can Kökcü, 2. Amin Seydiyev
Ehtiyat oyunçular: 94. Nicat Mehbalıyev, 98. Yusif İmanov, 8. Elşən Abdullayev, 19. Təmkin Xəlilzadə, 15. Ruslan Abışov, 13. Filip İvanoviç, 23. Amadu Diallo, 28. Kevin Kubemba, 60. Abbas Ağazadə, 29. Ceyhun Nuriyev, 77. Veysəl Rzayev
Baş məşqçi: Visente Qomez

20:15. “Qarabağ” – “Neftçi” - 1:2
Qollar: 
Kvabena Ovusu, 10 - Voyislav Stankoviç, 12, Namiq Ələsgərov, 68
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Rauf Cabarov
“Azersun Arena”
“Qarabağ”: 12. Emil Balayev, 5. Maksim Medvedev (k), 2. Qara Qarayev, 55. Bədavi Hüseynov, 11. Mahir Emreli, 19. Filip Ozobiç, 7. Kvabena Ovusu, 81. Kevin Medina, 6. Patrik Andrade, 18. İsmayıl İbrahimli, 44. Elvin Cəfərquliyev
Ehtiyat oyunçular: 1. Şahruddin Məhəmmədəliyev, 30. Abbas Hüseynov, 8. Uroş Matiç, 77. Donald Gerye, 27. Toral Bayramov, 22. Musa Qurbanlı, 21. Rauf Hüseynli, 29. Zamiq Əliyev
Baş məşqçi: Qurban Qurbanov
“Neftçi”: 30. Aqil Məmmədov, 7. Namiq Ələsgərov, 8. Emin Mahmudov (k), 2. Cabir Əmirli, 3. Mamadu Mbodj, 36. Mamadu Kane, 6. Voyislav Stankoviç, 10. Saman Nərimancahan, 13. Prins İbara, 24. Yusuf Laval, 26. Ömər Buludov
Ehtiyat oyunçular: 12. Kamran İbrahimov, 22. Mirabdulla Abbasov, 19. Fəhmin Muradbəyli, 91. Tallison Diaz, 29. Sabir Buqrin, 20. Mərt Çelik, 4. Rener Alves, 80. İsmayıl Zülfüqarlı, 27. Fərid Yusifli, 40. Vüqar Həsənov, 45. Əli Mürsəlov, 37. Vüsal Əsgərov
Baş məşqçi: Füzuli Məmmədov

1

Sabah

3

2

0

1

5-2

6

2

Sumqayıt

3

2

0

1

4-2

6

3

Neftçi

3

2

0

1

4-4

6

4

Keşlə

3

1

2

0

1-0

5

5

Qarabağ

3

1

1

1

3-2

4

6

Zirə

3

1

1

1

3-4

4

7

Qəbələ

3

0

2

1

1-4

2

8

Səbail

3

0

0

3

3-6

0

Bombardirlər: Əli Qurbani ("Sumqayıt"), Namiq Ələsgərov (“Neftçi”) - 3 qol